İran BƏƏ-yə dörd qanadlı raketlə hücum edib

19:39 04.05.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) dörd qanadlı raketlə hücum edib.

Hafta.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

“İran tərəfdən BƏƏ-yə yaxınlaşan dörd qanadlı raket aşkar edilib. Raketlərdən üçü BƏƏ-nin ərazi suları üzərində uğurla vurulub, dördüncüsü isə dənizə düşüb”, - Nazirliyin məlumatında deyilir.

BƏƏ Müdafiə Nazirliyi ölkənin müxtəlif yerlərində eşidilən səslərin raketlərin uğurla ələ keçirilməsinin nəticəsi olduğunu təsdiqləyib.

İran tərəfdən məsələyə münasibət bildirilməyib.